Bank Of Baku

Yunanıstan parlamenti vergilərin artırılmasına səs verib

Yunanıstan parlamenti vergilərin artırılmasına səs verib
# 23 dekabr 2010 13:25 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan parlamenti büdcə kəsirinin ÜDM-in 9,6%-dən 7,4%-ə endirilməsini nəzərdə tutan gələn ilin büdcəsini qəbul edib.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, büdcə kəsirini bir sıra anti-böhran tədbirləri, o cümlədən vergilərin artırılması, əmək haqqı və pensiyaların dondurulması, səhiyyə və müdafiə xərclərinin ixtisarı hesabına azaldılması nəzərdə tutulur.

Bu tədbirlər Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu tərəfindən Yunanıstana maliyyə köməyi göstərilməsinin qarşılığında şərt kimi irəli sürülüb.

Gələn ilin büdcəsinin lehinə hakim Ümumyunanıstan Sosialist Hərəkatından olan 156 deputat, əleyhinə isə 5 müxalifət partiyasını təmsil edən 142 deputat səs verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR