Bank Of Baku

Fevralda «Qarant Sığorta» ASC-nin səhmdarlarının iclası keçiriləcək

Fevralda «Qarant Sığorta» ASC-nin səhmdarlarının iclası keçiriləcək
# 24 dekabr 2010 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn ilin fevral ayının 16-da «Qarant Sığorta» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən 2010-cu il üzrə hesabatların və 2011-ci il üçün büdcənin təsdiq olunması və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR