Bank Of Baku

«Royal Bank» bu il 5 min «City Card» endirim kartı buraxacaq

«Royal Bank» bu il 5 min «City Card» endirim kartı buraxacaq
# 24 dekabr 2010 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sonuna kimi «Royal Bank» ASC 5 min ədəd «CityCard» endirim kartı emissiya edəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin direktoru Gülşən Mustafayeva bildirib.

G.Mustafayevanın sözlərinə görə, 5 min ədəd sifariş olunmuş endirim kartları «Royal Card» Prosessinq Mərkəzi tərəfindən hazırlanacaq. Bu kartlar ilkin mərhələdə debet funksiyalı olacaq: «Sonradan, yəni bazardakı vəziyyətindən asılı olaraq bu kartların kredit kartlarına çevrilməsi mümkün olacaq. «City Card» endirim kartlarına vəsait yatıran müştəri həmin vəsaitdən «City Card» layihəsinə daxil olan ticarət obyektlərində istifadəsi zamanı əlavə bonus qazanacaq. Yığılmış bonuslar nəticəsində müştəri müvafiq ticarət obyektlərindən, həmçinin «City Card»dan mükafatlar alacaq».

G.Mustafayeva bildirib ki, bu kartdan yalnız Azərbaycan vətəndaşları istifadə edə bilər. Xarici vətəndaşların bu kartdan istifadəsi zamanı banka əlavə depozit qoymalı, həmçinin əldə etdiyi karta görə kartın dəyərindən iki dəfə artıq pul ödəməlidir.

G.Mustafayeva gələcəkdə bu kart sahibləri arasında lotereyanın keçiriləcəyini də vurğulayıb.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR