Bank Of Baku

«Azərbaycan Kredit Bankı»nın sədr müavini «Parabank»a işə keçib

«Azərbaycan Kredit Bankı»nın sədr müavini «Parabank»a işə keçib
# 24 dekabr 2010 09:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin Audit Komitəsinə yeni sədr təyin olunub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər «Azərbaycan Kredit Bankı» ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Rəcəb Hüseynov müvafiq qərarla «Parabank» ASC-nin Audit Komitəsinin sədri təyin edilib.

«Azərbaycan Kredit Bankı»nın İdarə Heyətinin sədri Zahir Əliyev «APA-Economics»ə bildirib ki, bankda R.Hüseynovun əvəzinə İdarə Heyətinin sədr müavini vəzifəsinə yeni təyinat hələ olmayıb.

Qeyd edək ki, yaxın günlərdə «Parabank»ın Audit Departamentinə yeni direktorun da təyin olunması gözlənilir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» isə 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR