Bank Of Baku

Rusiya vergi güzəştləri nəticəsində 323 mlrd. dollar itirib

Rusiya vergi güzəştləri nəticəsində 323 mlrd. dollar itirib
# 24 dekabr 2010 09:19 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın federal büdcəsi beş il ərzində müxtəlif güzəştlər səbəbindən 10 trln. rubl (323 mlrd. dollar) vəsaitdən məhrum olub.

APA-Economics”in “Vedomosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Maliyyə nazirliyindən məlumat verilib.

Hazırda nazirlikdə büdcənin doldurulması variantlarından biri kimi vergi güzəştlərinin böyük hissəsinin ləğv olunması nəzərdən keçirilir. O zaman dövlətə sosial və müdafiə öhdəliklərini yerinə yetirmək üçün yeni vəsait mənbələri tapmaq lazım gələcək.

Federal Vergi Xidmətinin məlumatına görə, təkcə 2009-cu il ərzində bütün vergi və rüsumlar üzrə güzəştlər büdcəyə 2,7 trln. rubla (87 mlrd. dollara) başa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR