Bank Of Baku

«DəmirBank» pulköçürmə xidmətləri üzrə yeni aksiya keçirir

«DəmirBank» pulköçürmə xidmətləri üzrə yeni aksiya keçirir
# 24 dekabr 2010 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC təcili pulköçürmə xidmətləri üzrə yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində pulköçürmə sistemləri üzrə pul göndərən və alan müştərilərə mobil rabitə ödəmə (kontur) kartları hədiyyə olunacaq.

Aksiyanın şərtlərinə görə, bankın filiallarında ən azı 500 manat (dollar, avro) və ya 15 000 rubl məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq kontur kartı hədiyyə olunur. Köçürmə məbləği ən azı 2 000 manat (dollar, avro) və ya 60 000 rubl olduqda müştəriyə 2 manatlıq kontur kartı hədiyyə olunur.

Qeyd edək ki, «DəmirBank» əhaliyə 200-dək ölkə üzrə pulköçürmə xidmətləri təklif edir. Bank «Western Union», «Bıstraya Poçta», «Contact», «Zolotaya Korona», «Coinstar», «Blizko», «PrivatMoney» sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. Bank həmçinin özünün «Şimşək» sistemi ilə əhaliyə ölkədaxili pulköçürmə xidmətləri də göstərir.

Xatırladaq ki, «DəmirBank (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR