Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı yeni xidmət məntəqəsi açıb

Azərbaycan Beynəlxalq Bankı yeni xidmət məntəqəsi açıb
# 24 dekabr 2010 12:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) özünə xidmət prinsipi ilə fəaliyyət göstərən yeni xidmət məntəqəsini açıb. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri 28 May küçəsi,20 ünvanında yerləşən məntəqədə «cash-in» tipli 3 bankomatla təchiz olunub ki, həmin bankomatlar vasitəsi ilə adi bankomatlarda nəzərdə tutulmuş əməliyyatlardan başqa bank kartlarına nağd vəsait qoymaq mümkündür. Qeyd edək ki, ABB gələn il ərzində bu tipli bankomatların sayını 50-ə çatdırmağı planlaşdırır.

Hələlik məntəqə 08:00-dan 24:00-dək fəaliyyət göstərəcək, lakin gələcəkdə onun fasiləsiz fəaliyyət göstərməsi nəzərdə tutulur.

Qeyd edək ki, oktyabrın 1-nə ABB-nin aktivləri 5,095 mlrd. manat, kredit portfeli 3,946 mlrd. manat, depozit portfeli 2,514 mlrd. manat, o cümlədən əmanətlər 478,258 mln. manat təşkil edib. Bankın xalis mənfəəti 40,172 mln. manat, müştərilərin sayı 986 979 təşkil edib. Böyük Britaniyanın «The Banker» jurnalı ABB-ni dünyanın ən iri 1 000 bankın sırasına daxil eidb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR