Bank Of Baku

«Xalq Bank» ASC «Xalq Əmanəti» seriyasının ikinci buraxılışının təqdimatını keçirəcək

«Xalq Bank» ASC «Xalq Əmanəti» seriyasının ikinci buraxılışının təqdimatını keçirəcək
# 24 dekabr 2010 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC dekabr ayının 27-də «Xalq Əmanəti» seriyasının ikinci buraxılışını təqdim edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində ikinci nəşr Azərbaycanın xalq şairi Məmməd Arazın (1933-2004) yaradıcılığına həsr olunub. Şairin şerləri müxtəlif dillərə tərcümə edilib. Azərbaycanın ən sevilən şairlərindən olan M.Araz həm də tərcümə və publisistika sahələrində böyük uğurlara imza atıb. Dövlət və milli mükafatlar laureatı olan M.Araz 1995-ci ildə Azərbaycanın ali dövlət mükafatı - «İstiqlal» ordeni ilə ilk dəfə təltif olunan üç şairdən biridir.

Təqdim olunan «Seçilmiş əsərləri»n unikallığı ondadır ki, kitabın format və dizaynı şairin özü tərəfindən 1968-ci ildə yazdığı «Vəsiyyət» şerində təsvir edillib.

«Xalq Bank» xalqın mədəni irsinin gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərin dünyaya tanıdılması istiqamətində «Xalq Əmanəti» mədəniyyət layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də xalq yaradıcılığı, folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir.
Bu ilin əvvəlindən start götürən layihənin ilk buraxılışı oktyabrın 22-də işıq üzü görüb və Azərbaycanın görkəmli rəssamı Böyükağa Mirzəzadəyə həsr olunub.

Qeyd edək ki, təqdimat «Xalq Bank»ın baş ofisində (İnşaatçılar prospekti,22L) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR