Bank Of Baku

Azərbaycan bank sektorunda ani likvidlik yüksək həddədir

Azərbaycan bank sektorunda ani likvidlik yüksək həddədir
# 24 dekabr 2010 14:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları üzrə ani likvidlik yüksək səviyyədədir. «APA-Economics»in hesablamalarına görə, bank sistemi üzrə yüksək likvidliyə malik olan aktivlərin həcmi təxminən tələb olunanadək öhdəliklərin həcminə bərabərdir.

Qeyd edək ki, ani likvidlik anlayışı bankların birinci dərəcəli öhdəlikləri yerinə yetirmək qabiliyyəti kimi qiymətləndirilir və ani likvidliyin məqbul həddi dedikdə, yüksək likvidli aktivlərin həcminin tələb olunanadək öhdəliklərin həcminə təxminən bərabər olması başa düşülür.

Bu ilin noyabrın 1-nə Azərbaycan bankları üzrə yüksək likvidli aktivlərin həcmi 1,6 mlrd. manat, tələb olunanadək depozitlərin həcmi isə 1,9 mlrd. manat təşkil edib. Qeyd edək ki, bu növ aktivlərə nağd vəsaitlər və müxbir hesablarda olan vəsaitlər aid edilir, lakin bura həmçinin dövlət qiymətli kağızlar da əlavə oluna bilər, çünki onlar təkrar bazarının olması və repo-əməliyyatların keçirilməsi imkanlarının olması səbəbindən yüksək likvidliyə malik aktivlər hesab olunur. Həmin vəsaitlərin həcmi də nəzərə alınmaqla, bankların yüksək likvidli aktivlərinin tələb olunanadək öhdəliklərə bərabər olduğu müəyyənləşir ki, bu da ani likvidliyin yüksək olmasının göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR