Bank Of Baku

Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin yeni inzibati binası istifadəyə verilib

Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin yeni inzibati binası istifadəyə verilib
# 24 dekabr 2010 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, mərasimində iştirak edən maliyyə naziri Samir Şərifov inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olub.
Nazir qeyd edib ki, müasir standartlara uyğun təmir edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və operativliyini artırır.
Nazirin sözlərinə görə, 1 saylı Xəzinədarlıq İdarəsi Dövlət Xəzinədarlığı Agentliyinin ən böyük idarələrindən olub, 100-dək iri büdcə təşkilatına xidmət göstərir: «İdarənin xəzinə xidməti göstərilən büdcə təşkilatlarının xərcləri dövlət büdcəsinin 80-85%-ni təşkil edir. Agentliyin 2, 5 və 10 saylı xəzinədarlıq idarələri üçün də yeni inzibati binaların tikintisi üçün lazımi tədbirlər həyata keçirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR