Bank Of Baku

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti yeni ünvana köçüb

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti yeni ünvana köçüb
# 28 fevral 2011 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin inzibati binasında aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidməti müvəqqəti olaraq yeni ünvana köçüb.

Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən Xidmət Bakı şəhəri C.Məmmədquluzadə küçəsi,71 ünvanında fəaliyyət göstərəcək. «Nazirliyin yeni binası təxminən 2-2,5 ilə hazır olacaq, bu müddətdə də Xidmət qeyd olunan ünvanda fəaliyyət göstərəcək», - deyə Xidmətdən bildirilib.

A.Əlizadə qeyd edib ki, DSNX-nin telefon-faks nömrələri və elektron poçt ünvanları dəyişməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR