Bank Of Baku

«Paşa Bank» bu il investisiya portfelinin diversifikasiyasını dərinləşdirəcək

«Paşa Bank» bu il investisiya portfelinin diversifikasiyasını dərinləşdirəcək
# 28 fevral 2011 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ACS bu il ərzində investisiya portfelinin diversifikasiyasını daha da dərinləşdirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, 2010-cu il ərzində bankın kredit portfelində investisiyaların həcmi 156 mln. manat və ya 15% təşkil edib. «Ötən il bank tərəfindən qiymətli kağızlar bazarına investisiya qoyuluşları əsasən ipoteka qiymətli kağızları, dövlət istiqrazları, repo əməliyyatları və Mərkəzi Bankın notları üzrə həyata keçirilib. Ümumiyyətlə, investisiya portfelinin gəlirliyi aşağıdır, bu baxımdan bank investisiya portfelinin diversifikasiyasını daha da dərinləşdirmək niyyətindədir. Portfelin diversifikasiyasında koporativ istiqraz bazarı və maliyyə alətlərinə diqqət yetiriləcək».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib. Bankın hazırda 6 bankomatı və 56 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR