Bank Of Baku

Azərbaycanda beynəlxalq investisiya konfransı keçiriləcək

Azərbaycanda beynəlxalq investisiya konfransı keçiriləcək
# 01 mart 2011 08:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ilk müzakirələr Cənubi Qafqaz və Xəzər dənizi regionunda ticarət, investisiya və biznes imkanlarına həsr olunacaq ki, müzakirələrə tədbirin təşkilatçılarından olan «Euroconvention Conferences» şirkətinin direktoru Klaudio Kassuto (Claudio Cassuto) sədrlik edəcək. Müzakirələr Azərbaycana investorların cəlb edilməsi, biznesin təşkili barədə çıxışları, bununla bağlı sual-cavab sessiyasını əhatə edəcək.

Konfrans çərçivəsində Azpromo tərəfindən ölkə üzrə təqdimat, Beynəlxalq Maliyyə Korporasiyasının Xəzər regionunda fəaliyyəti, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Şərqi Avropa və Cənubi Qafqazda rəqabət çağırışları mövzusunda təqdimatlar keçiriləcək.

Müzakirələrin ikinci hissəsində «Pricewaterhouse Coopers» beynəlxalq audit şirkətinin mütəxəssisləri tərəfindən korporativ idarəetmə və maliyyə hesabatlılığı, «Baker&McKenzie» şirkəti tərəfindən Azərbaycanda qanunvericilik mühiti, Amerika Ticarət Palatası tərəfindən ölkədə investisiya mühiti, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən yeni investisiya imkanları ilə bağlı təqdimatlar nəzərdə tutulub.

Konfransın ilk günü Azərbaycanda bank və maliyyə sektorundakı vəziyyət və imkanlar da müzakirə olunacaq. Bank sektoru və maliyyə xidmətləri, bank investisiyaları, innovativ bank məhsulları, kiçik və mikro biznesin maliyyə inkişafı, sığorta bazarı, xarici kapitalın ölkəyə daxil olma imkanları müzakirə ediləcək. Müzakirələrdə Dünya Bankı, Avropa Yenidənqurma Və İnkişaf Bankı, Almaniyanın KfW bankı, Azərbaycan İnvestisiya Şirkəti və s. dövlət və özəl qurumların nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Tədbirdə alternativ enerji, investisiya və gəlir imkanları da müzakirə olunacaq. Müzakirələrə Alternativ və Bərpa olunan enerji Agentliyinin direktoru Akim Bədəlov sədrlik edəcək.

Bundan başqa, Azərbaycanda kənd təsərrüfatının inkişafı, bunun üçün həyata keçirilən dövlət proqramları, eləcə də regionların inkişafı proqramları, bu sektorun maliyyələşdirilməsi müzakirə ediləcək. Bu mövzuda kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də USAID, Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Müzakirələrin ikinci günü Azərbaycanda telekommunikasiya sektorunun inkişafı, bu sahəyə investisiya və özəlləşdirmə imkanlarına həsr olunacaq. Burada rabitə nazirinin müavini Elmir Vəlizadə və Azərbaycanın iri telekommunikasiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Bundan başqa, «Azərbaycanda infrastruktursı: maliyyə və investisiya» mövzusunda sessiya nəzərdə tutulub. Burada əsas müzakirə və məruzələr potensial regional nəqliyyat və yol infrastrukturuna toxunacaq. Bu sessiyada məruzəçi qisimində Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Nəqliyyat Nazirliyinin baş məsləhətçi Azər Əliyev, Əmlak Məsələləri Dövlət komitəsinin sədr müavini Rüstəm Şahbazov çıxış edəcəklər. Həmçinin, turizmlə bağlı xüsusi sessiya tərkibində bir sıra məruzə dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR