Bank Of Baku

«Royal Bank» 8 Mart bayramına həsr olunmuş kampaniya keçirir

«Royal Bank» 8 Mart bayramına həsr olunmuş kampaniya keçirir
# 01 mart 2011 10:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə «Maestro Qazandırır» adlı yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya martın 1-dən 7-dək davam edəcək. Bu dövrdə kampaniyada yalnız yeni kart əldə edən xanım müştərilər iştirak edə bilər.

Kampaniyanın şərtlərinə görə, qalib müştəri martın 7-dək kart («MaestroCard») sifariş edib və ən azı 8 nağdsız (POS-terminal, internet və s.) əməliyyat aparan xanım müştərilər arasından seçiləcək.

Qeyd edək ki, kampaniyanın qalibinin kart hesabına 500 manat köçürüləcək, həmçinin «İPhone» telefonu və «HP Netbook» hədiyyə veriləcək.

Xatırladaq ki, «Royal Bank» 2011-ci ili «MasterCard» ili elan edib.

Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR