Bank Of Baku

«Texnikabank» xidmət yerlərində POS-terminalların quraşdırılması kampaniyasına başlayıb

«Texnikabank» xidmət yerlərində POS-terminalların quraşdırılması kampaniyasına başlayıb
# 01 mart 2011 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC ölkədə müştərilərə müxtəlif plastik ödəniş kartlarının verilməsində və xidmət yerlərində POS-terminallların quraşdırılması ilə bağlı yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində bank müştərilərə təklif etdiyi bütün növ kartların dəyərində 50% endirim edir. Həmçinin, fəaliyyət növündən asılı olmayaraq istənilən fiziki və hüquqi şəxsin POS-terminal quraşdırması üçün müraciət zamanı heç bir ödəniş tələb olunmur. Bundan başqa, nağdsız əməliyyatlar nəticəsində sahibkarın müvafiq hesabına yığılan vəsait çıxarılan zaman xidmət haqqı tutulmur.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin fevralın 1-nə bankın aktivlərinin həcmi 496,880 mln. manat, depozit portfeli 247,061 mln. manat, kredit portfeli 368,085 mln. manat, məcmu kapitalı 64,545 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,685 mln. manat təşkil edib. Hazırda bankın 35 filialı, 60 bankomatı, 115 POS-terminalı və 633 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR