Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi iqtisadi forumda çıxış edib

Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi iqtisadi forumda çıxış edib
# 01 mart 2011 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Polşanın Torun şəhərində «Transavropa sistem əlaqələri» mövzusunda keçirilmiş Beynəlxalq İqtisadi Forumda Azərbaycan Beynəlxalq Bankının (ABB) Almaniya nümayəndəliyinin başçısı Zaur Mahmudov iştirak edib.

«APA-Economics»ə ABB-dən verilən məlumata görə, Z.Mahmudov toplantıda çıxış edib və Azərbaycan iqtisadiyyatı, bank sistemi və ABB barədə ətraflı məlumat verib.

Qeyd edək ki, konfransda Polşanın ixrac imkanları, Avropa ölkələri ilə əməkdaşlıq və bu kimi məsələlər müzakirə olunub. ABB-nin nümayəndəsi Bankın Polşadan ixracın maliyyələşdirilməsi ilə bağlı imkanlarını təqdim edib.

Hər il keçirilən bu Forumda 40 ölkədən 1000 nümayəndə iştirak edir. Polşa tərəfindən konfransda dövlət qurumları, əsas ixracatçılar, banklar, sığorta şirkətləri və s. qurumların təmsilçiləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR