Bank Of Baku

Azərbaycanda bank olmayan kredit təşkilatları Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulur

Azərbaycanda bank olmayan kredit təşkilatları Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulur
# 02 mart 2011 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda «Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) haqqında Qaydalar»a edilən əlavə və dəyişikliklərlə bank olmayan kredit təşkilatları (BOKT) da MKR-ə qoşulacaq. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yeni dəyişikliklər BOKT-lar tərəfindən MKR-ə təqdim ediləcək məlumatların strukturunu, verilməsi və alınması qaydalarını müəyyən edir.

Qaydalara əsasən, BOKT-lar hər ayın ilk dörd iş günü ərzində bütün kredit portfeli, kreditin verildiyi tarixdən iki iş günündə isə yeni verilmiş kreditlər haqqında məlumatları MKR-ə təqdim etməlidir.

Bu məqsədlə BOKT nümayəndələri üçün Mərkəzi Bankda müvafiq seminar keçirilib, qoşulma ilə bağlı prosedurlar nümayiş etdirilib. Artıq məlumatların real vaxt rejimində test olunması üçün müvafiq texniki platforma qurulub. Hər bir BOKT məlumatlarını həmin platformada sınaqdan keçirdikdən sonra əsas bazaya qoşula biləcək.

Qeyd edək ki, 2005-ci ildə Mərkəzi Bankda yaradılan MKR-də hazırda məbləğindən asılı olmayaraq bütün bank kreditləri, borcalanlar və zaminlər haqqında məlumatlar toplanılır. BOKT-lar da MKR-ə qoşulduqdan sonra hər bir borcalan haqqında onun həm banklarda, həm də BOKT-larda olan bütün öhdəliklərini əks etdirən kredit hesabatını əldə etmək mümkün olacaq. Qanunvericiliyə uyğun olaraq, müvafiq məlumatları banklar və BOKT-lar, habelə borcalanlar da istifadə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR