Bank Of Baku

Dünya Bankı yaxın iki ildə Azərbaycanda əsasən qeyri-neft sektoruna diqqət yetirəcək

Dünya Bankı yaxın iki ildə Azərbaycanda əsasən qeyri-neft sektoruna diqqət yetirəcək
# 02 mart 2011 12:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işəbaşlayan «Azərbaycan İnvestisiya Sammiti-2011» forumunda çıxış edən DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib.

Onun sözlərinə görə, DB ilə Azərbaycan 1992-ci ildən əməkdaşlıq edir və bu müddət ərzində bank ölkəyə 43 layihənin icrası üçün ümumilikdə 2,9 mlrd. ABŞ dolları həcmində vəsait ayırıb: «Hazırda DB-nın Azərbaycan üzrə aktiv portfeli 18 layihə üzrə 2,2 mlrd. dollar təşkil edir ki, layihələrin 62%-i su, nəqliyyat kimi sahələri əhatə edir. Eyni zamanda, Azərbaycan üçün 2011-2014-cü illəri əhatə edən strategiya hazırlamışıq ki, növbəti 2 il ərzində diqqətimizi əsasən qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatı, sosial, su və sanitariya kimi sahələrə yönəldəcəyik», - deyə bank rəsmisi vurğulayıb.

C.Ouen onu da bildirib ki, hazırda Azərbaycan böyük həcmdə neft və qaz hasilat edir və bu resurslar teztükənən kateqoriyasına aiddir: «Azərbaycan insan kapitalının keyfiyyətini artırmalıdır».

Eyni zamanda, C.Ouen Azərbaycana kənd təsərrüfatı sahəsini də inkişaf etdirməyə tövsiyə edib: «Azərbaycanda işçi qüvvəsinin 40%-i məhz kənd təsərrüfatı sahəsindədir. Bu sahədə bir qədər də yeni iş yerləri yaradılmalıdır ki, ölkə iqtisadiyyatı daha da inkişaf etsin».

Maliyyə sektoruna gəldikdə isə, C.Ouen bildirib ki, hazırda Azərbaycanın bank sektoru Cənubi Qafqaz regionunda ən böyükdür - 16,6 mlrd. dollar və ya ÜDM-in 32%-ni təşkil edir: «Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankına sözügedən sahəni bir qədər də inkişaf etdirmək üçün bir neçə model tövsiyə etmişik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR