Bank Of Baku

Frensiz Delay: «Bu il Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artım 12-14% olacaq»

Frensiz Delay: «Bu il Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artım 12-14% olacaq»
# 02 mart 2011 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatı ortamüddətli perspektivdə bir qədər də inkişaf edəcək. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan «Azərbaycan İnvestisiya Sammiti-2011» forumunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Frensis Delay bildirib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə Azərbaycanda neft-qaz hasilatı artana qədər ölkədə ÜDM-in artım tempi də yüksələcək: «Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirməlidir. Bizim proqnozlara əsasən, bu il ölkənin qeyri-neft sektorunda artım 12-14% təşkil edəcək».

AYİB-in Azərbaycandakı fəaliyyətindən danışan F.Delay qeyd edib ki, bu müddət ərzində Bank ölkədə 130-dan artıq layihə maliyyələşdirib və ümumiyyətlə Azərbaycana 1,6 mlrd. ABŞ dolları həcmində vəsait ayırıb: «Azərbaycan üzrə hazırkı portfelimiz 1 mlrd. dollara yaxındır. Ümumiyyətlə, ayırdığımız vəsaitlərin 46%-i enerji sektoruna, 22%-i korporativ sektora, 18%-i isə 9 bank və 3 qeyri-bank kredit təşkilatına yönəldilib».

F.Delayın sözlərinə görə, AYİB Azərbaycanda növbəti 3 il üçün strategiya hazırlayıb ki, burada diqqət əsasən korporativ sektora yetiriləcək. Strategiya həmçinin iqtisadiyyatın diversifikasiyası üçün əhəmiyyətli olacaq.

Ölkənin bank sektorundan danışan AYİB rəsmisi bildirib ki, Azərbaycanda bank sistemində kapitalizasiyanın artırılmasına ehtiyac var: «Böhran göstərdi ki, bu sahəni inkişaf etdirməyə ehtiyac var. Bu il ərzində Azərbaycanda manatın sabit qalacağı proqnozdaşdırılır ki, bu da valyuta mübadiləsində çox vacib amillərdən biridir».

Qeyri-bank kredit təşkilatlarının ölkədə fəaliyyətinə gəldikdə isə, F.Delay bildirib ki, hazırda bu təşkilatlar ilkin inkişaf mərhələsindədir.

«Azərbaycanda həmçinin sığorta və fond bazarları da inkişaf etdirilməlidir. Hazırda ölkədə özəl pensiya fondları mövcud deyil, bu isə bazarın buna hazır olmaması ilə bağlıdır», - deyə AYİB təmsilçisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR