Bank Of Baku

«Parabank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Parabank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 02 mart 2011 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Coinstar» beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Coinstar» sistemi ilə təcili pul köçürmələrini dolları və ya avro ilə ABŞ, Avropa, MDB və Baltikyanı və digər ölkələrə (ümumilikdə 143 ölkəyə) həyata keçirmək mümkündür. Bu sistem əməliyyatın sürətli aparılması, geniş əhatə dairəsi, köçürmə təhlükəsizliyi, habelə əlverişli komisyon haqqı kimi üstünlüklərə malikdir.

Qeyd edək ki, bank həmçinin «Blizko», «Western Union», «Bıstraya Poçta», «Zolotaya Korona», «Contact», «Caspian Money Transfer» və «Privat Money» pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 108,638 mln. manat, kredit portfeli 73,418 mln. manat, depozit portfeli 63,775 mln. manat, məcmu kapitalı 13,141 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR