Bank Of Baku

«AXA MBASK» sığorta şirkəti yeni baş ofisə köçüb

«AXA MBASK» sığorta şirkəti yeni baş ofisə köçüb
# 02 mart 2011 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti yeni baş ofisə köçüb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni ofis Bakı şəhəri, Tbilisi prospekti,49/C («Chirag Plaza» Biznes Mərkəzinin VI mərtəbəsi) ünvanında yerləşir.

Ofisin dəyişməsinə baxmayaraq «AXA MBASK»ın telefon nömrələri dəyişməz (012) 596 55 70, (faks) 596 55 72) qalıb.

Şirkətin baş ofisində rəhbərlik, habelə Sığorta ödənişləri Departamenti də daxil olmaqla, struktur bölmələrinin əsas hissəsi yerləşəcək.

Qeyd edək ki, şirkətin Satış Departamenti Həzi Aslanov,80/9 ünvanında yerləşən ofisə köçüb. Bu ofis şirkətin «Bakı Ofisi» adlanacaq və paytaxt üzrə sığorta polislərinin satışı məhz burada həyata keçiriləcək.

«AXA MBASK» şirkəti müştərilərdən sığorta ödənişləri ilə bağlı məsələlərlə əlaqədar «Chirag Plaza»da yerləşən ofisə, sığorta polislərinin əldə edilməsi ilə bağlı isə H.Aslanovda yerləşən ofisə müraciət etmələrini xahiş edir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. «AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 8,389 mln. manat, sığorta ödənişləri isə 3,535 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR