Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-fevral aylarında 3,2 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-fevral aylarında 3,2 dəfə artıb
# 02 mart 2011 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2010-cu ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 872,606 mln. manat təşkil edib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar bazarı 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 54,5% artıb. Ötən iki ay ərzində korporativ istiqraz bazarı 2,5 dəfə, o cümlədən korporativ istiqrazların ilkin bazarı 7,2%, təkrar bazarı isə 4 dəfə artıb.

Yanvar-fevral aylarında səhm bazarı 2010-cu ilin analoji dövrünə nisbətən 5 dəfə azalaraq 4,217 mln. manat təşkil edib. Səhmlərin ilkin bazarı 9,5 dəfə azaldığı halda, təkrar bazar 12% artıb.

Korporativ qiymətli kağızlar bazarı (yanvar-fevral, 2011)


Bazarın seqmentləri 




Yanvar-fevral, 2011

Yanvar-fevral, 2010

Əqdlərin  

həcmi, AZN

Əqdlərin 

sayı 

Əqdlərin həcmi, AZN

Əqdlərin 

sayı 


Nisbət

Korporativ istiqrazlar (yerləşdirmə) 

16 264 001,00 

18 

15 172 685,01 

21 

7,2%

Korporativ istiqrazlar  

(təkrar bazar) 

57 500 501,24 

28 

14 222 051,29 

4 dəfə

Kİ bazarı cəmi

73 764 502,24 

46 

29 394 736,30 

28 

2,5 dəfə

Səhmlər (yerləşdirmə) 

2 015 000,00 

10 

19 101 116,00 

16 

-9,5 dəfə 

Səhmlər  

(təkrar bazar) 

2 201 902,12 

404 

1 967 068,00 

346 

12%

Səhm bazarı cəmi 

4 216 902,12

414 

21 068 184,00 

362 

-5 dəfə 

KQK bazarı cəmi 

77 981 404,36 

460 

50 462 920,30 

390 

54,5% 



Bundan başqa, 2011-ci ilin yanvar-fevral aylarında dövlət istiqrazları bazarı 25,9% artıb. Ümumiyyətlə, hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 2010-cu ilin yanvar-fevral aylarına nisbətən 3,6 dəfə artıb.

Dövlət qiymətli kağızlar bazarı (yanvar-fevral, 2011)


Bazarın seqmentləri 




Yanvar-fevral, 2011 

Yanvar-fevral, 2010

Əqdlərin həcmi, 

AZN 

Əqdlərin 

sayı 

Əqdlərin həcmi, 

AZN 

Əqdlərin 

sayı 


Nisbət 

Dİ (AMN)  (yerləşdirmə)

35 879 908,56 

20 

21 963 680,08 

12 

63,4%

Dİ (AMN)  

(təkrar bazar) 

6 565 108,68 

11 758 047,08

-44,2%

Dİ bazarı cəmi 

42 445 017,24 

27 

33 721 727,16 

19 

25,9%

Notlar (AMB) (yerləşdirmə) 

118 854 555,17 

46 

29 576 946,98 

21 

4 dəfə

Notlar (AMB)  

(təkrar bazar) 

250 095,92 

0,00 

Not bazarı cəmi 

119 104 651,09 

47 

29 576 946,98 

21 

4 dəfə

Repo əməliyyatları 

633 075 150,96 

124 

159 516 032,55 

155 

4 dəfə 

DQK bazarı cəmi 

794 624 819,29 

198 

222 814 706,69 

195 

3,6 dəfə



Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR