Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici yanvar ayında 14,3 mln. manat və ya 0,6% artıb:
Eyni zamanda, bankların məcmu xarici aktivləri 2011-ci ilin fevralın 1-nə 1 833,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 557,2 mln. manat və ya 43,7% çoxdur.
Göründüyü kimi, bankların xarici aktivlərinin artım tempi xarici öhdəliklər üzrə artım tempini nəzərə çarpan dərəcədə üstələyir. Nəticədə, bu göstəricilərin nisbəti dəyişib. Belə ki, bir il əvvəl öhdəliklər aktivlərin həcmini 1,6 dəfə üstələyirdisə, fevralın 1-nə bu göstərici 1,4 dəfəyə bərabər olub. Bu azalma bank sistemi üçün müsbət göstəricidir, çünki bankların xarici əməliyyatlarda xalis borcalan mövqelərinin zəifləməsi və xarici kreditor mövqelərinin möhkəmləndiyini əks etdirir. Nəticədə, bankların xarici maliyyə əməliyyatları üzrə mənfi saldo son bir ildə 7,6% azalaraq 717,5 mln. manata çatıb.