Bank Of Baku

«Royal Bank» bu il ölkədə 2 min GPRS və wap tipli POS-terminal quraşdırmaq niyyətindədir

«Royal Bank» bu il ölkədə 2 min GPRS və wap tipli POS-terminal quraşdırmaq niyyətindədir
# 02 mart 2011 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC mart ayından etibarən GPRS və wap tipli POS-terminalların kütləvi quraşdırılmasına başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın kart texnologiyaları şöbəsinin müdiri Nadir Şükürov bildirib.

N.Şükürovun sözlərinə görə, bankın 5 illik yeni strategiyası hazırlanıb və burada müasir texnoloiyalara əsaslanan POS-terminalların xidmət şəbəkələrində quraşdırılması məsələsi də əksini tapıb. «Strategiyada bu il ərzində 2 minə yaxın GPRS və wap tipli POS-terminalların quraşdırılması planlaşdırılır. Artıq bir neçə xidmət məntəqəsində bu tipli POS-terminallar üzrə testləşdirmə başa çatıb. Testləşdirmə «Compass Plus» şirkəti tərəfindən aparılıb. Yaxın günlərdə yeni POS-terminalların gətirilməsi ilə bağlı sifarişlər veriləcək. Bununla bağlı hazırda bir neçə yerli şirkətlə danışıqlar aparılır», - deyə bank rəsmisi vurğulayıb.

N.Şükürov bildirib ki, yeni tipli POS-terminalların qiyməti adi terrminallara nisbətən iki dəfə bahadır və təxminən 1000-1200 manat təşkil edir.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR