Bank Of Baku

ABŞ hökuməti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib

ABŞ hökuməti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib
# 03 mart 2011 08:45 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama büdcə xərclərinin 4 mlrd. dollar ixtisar olunması haqqında qanunu imzalayıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu, Senatın 91 səs lehinə, 9 səs əleyhinə olmaqla qanun layihəsinə səs verməsindən sonra baş verib.

Sənəd ABŞ Konqresinin iki palatası arasında əldə olunan müvəqqəti kompromis sayılır. Əgər respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası və demokratların nəzarətində olan Senat razılığa gələ bilməsə, ABŞ hökuməti fəaliyyətini müvəqqəti olaraq dayandıra bilər.

Qeyd edək ki, martın 4-də ABŞ dövlət müəssisələrinin maliyyələşdirilməsinin müddəti bitir. Onların maliyyələşdirilməsini tənzimləyən sənəd olmadığından, ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumlar istisna olmaqla digər dövlət müəssisələri fəaliyyətini dayandırmalıdırlar. Prezident Barak Obamanın imzaladığı qanun hökumət orqanlarının ömrünü martın 14-nə qədər uzadıb. Həmin müddətə qədər Nümayəndələr Palatası və Senat razılığa gələ bilməsə, büdcə xərclərinin ixtisar olunması məsələsində razılığa gəlməlidirlər.

Barak Obama ABŞ-ın vitse-prezidenti Co Baydenə, Prezident Administrasiyasının rəhbəri Uilyam Deyliyə və administrasiyanın İnzibati Büdcə İdarəsinin Yakob Lyuya kompromisə nail olmaq üçün demokratların və respublikaçıların liderləri ilə görüşməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR