Bank Of Baku

«Amrahbank» filial şəbəkəsini genişləndirir

«Amrahbank» filial şəbəkəsini genişləndirir
# 03 mart 2011 10:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC Bakı şəhərində «Bakıxanov» adlı filialı və Şəmkir rayonunda yeni şöbəsini istifadəyə verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şöbə Şəmkir şəhəri, 20 Yanvar küçəsi,11, «Bakıxanov» filialı isə paytaxtın Sabunçu rayonu, Nazim İsmayılov küçəsi,2 ünvanında yerləşir.
Yeni xidmət mərkəzlərində fiziki və hüquqi şəxslərlə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlərin verilməsi, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və digər xidmətlər təklif olunur.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 78,656 mln. manat, kredit portfeli 48,026 mln. manat, depozit portfeli 43,754 mln. manat, məcmu kapitalı 20,796 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,387 mln. manat təşkil edib. İlin əvvəlinə bankın 22 filialı, 22 bankomatı və 55 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR