Bank Of Baku

«Paşa Həyat» sığorta şirkəti xidmətlərin çeşidini genişləndirir

«Paşa Həyat» sığorta şirkəti xidmətlərin çeşidini genişləndirir
# 03 mart 2011 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti fəaliyyətə başladığı gündən (fevralın 14-dən) indiyədək 450 min manat həcmində sığorta haqları toplayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, sığorta haqları yalnız iki sığorta növü - «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» və «Kredit götürən şəxsin həyat sığortası» (könüllü) üzrə toplanılıb: «Daxilolmaların çox hissəsi icbari sığorta növünün payına düşüb.

M.Rüstəmov bildirib ki, yaxın vaxtlarda şirkət bazara daha bir sığorta məhsulu çıxaracaq - «Həyatın yaşam sığortası» növü üzrə xidmət göstərməyə başlayacaq. Ümumiyyətlə, 2011-ci ilin sonunadək şirkət tərəfindən bir neçə sığorta növünün tətbiqi planlaşdırılır. Bunun nəticəsində sığorta yığımlarının kəskin artacağı gözlənilir.

M.Rüstəmov qeyd edib ki, martın ortalarında şirkətin rəsmi veb-saytının istifadəyə verilməsi planlaşdırılır: «Saytda sığorta sahəsində, o cümlədən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə maarifləndirici məlumatlar yerləşdiriləcək. Həmçinin, sayt vasitəsi ilə müştərilər sığorta şəhadətnamələrini birbaşa on-line sifariş edə, eyni zamanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığorta məbləğini və haqlarını hesablaya biləcəklər».

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevralın 14-də verilib. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, Təftiş Komissiyasının sədri isə Ülviyyə Cabbarovadır. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR