Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası müştəri mühafizəsinin prinsipləri üzrə təlimlərə başlayacaq

Azərbaycan Mikromaliyyə Assosiasiyası müştəri mühafizəsinin prinsipləri  üzrə təlimlərə başlayacaq
# 03 mart 2011 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin mart ayının 16-da «Beynəlxalq SMART şirkətinin müştəri mühafizəsinin 6 prinsipi» adlı təlimlərə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, bu təlimin əsas məqsədi üzv təşkilatlara müştəri mühafizəsi üzrə qəbul edilmiş 6 beynəlxalq standart haqqında məlumatlandırmaq, onların təşkilatlarda necə tətbiq olunması imkanlarını paylaşmaq, SMART Müştəri Mühafizəsi sorğu kitabçasını doldurmaq üzrə təlimatlar vermək və yekun nəticədə həmin sorğunun doldurulmasına nail olmaqdır.

Təlim AMA-ya üzv təşkilatların nümayəndələri üçün (ödənişsiz) keçirilir. Qeyd edək ki, təlimdə hər təşkilatdan iki nümayəndə iştirak edə bilər.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR