Bank Of Baku

«Turanbank» xaricdən 2,5 mln. dollar cəlb edib

«Turanbank» xaricdən 2,5 mln. dollar cəlb edib
# 03 mart 2011 12:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC ABŞ-ın «MicroVest» mikromaliyyə investisiya şirkəti ilə bağladığı saziş əsasında tərəfdaşından 2,5 mln. dollar həcmində vəsait alacaq. Bankdan «APA-Economics»ə verilən məlumatına görə, bu həcmin 950 min dolları artıq ilk tranş şəklində Azərbaycan bankına təqdim olunub. Qalan məbləğ isə mart ayı ərzində ayrılacaq.

Qeyd edək ki, «MicroVest» şirkəti 2003-cü ildə yaradılıb, onun əsas məqsədi mikromaliyyə təşkilatlarına vəsait təqdim etməkdir. Şirkət 25 ölkənin 50-dən çox mikromaliyyə təşkilatı ilə əməkdaşlıq edir.

«Turanbank»ın aktivlərinin həcmi 2011-ci ilin fevralın 1-nə 133,5 mln. manat, kredit portfeli 106,6 mln. manat, depozit portfeli 45,7 mln. manat, məcmu kapitalı 24 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Təsisçisi 5 hüquqi (21,51%) və 20 fiziki şəxs olan (78,49%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR