Bank Of Baku

Azərbaycanda pul bazası artıb

Azərbaycanda pul bazası artıb
# 03 mart 2011 13:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2011-cu ilin martın 1-nə 6 099,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin martın 1-nə nisbətən bu göstərici 1 411,4 mln. manat və ya 30,9% artıb. Eyni zamanda, cari ilin fevral ayında da pul bazasında artım baş verib. Belə ki, fevralın əvvəli ilə müqayisədə bu göstərici 138,9 mln. manat və ya 2,3% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR