Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi artıb

Azərbaycanda bank kassa dövriyyəsi artıb
# 03 mart 2011 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar ayında 1 597,8 mln. manat, məxaric hissəsi isə 1 371,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvarına nisbətən 17%, məxarici isə 21,5% artıb.

Beləliklə, yanvarın yekunlarına görə, bank kassa dövriyyəsində emissiya baş verməyib, əksinə, 230 mln. manata yaxın müsbət saldo yaranıb. Ötən ilin yanvarı ilə müqayisədə bu göstərici 10,5% azalıb.

Bank kassa dövriyyəsində əsas hissə bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 923,8 mln. manat və ya ümumi mədaxilin 57,8%-i daxil olub. Digər mənbələr sırasında 405,8 mln. manat və ya xüsusi çəkisi 25,4% olan hüquqi şəxslərdən daxilolmalar, 136,9 mln. manat və ya xüsusi çəkisi 8,6% olan fiziki şəxslərdən daxilolmalar qeyd olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR