Bank Of Baku

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kursunun növbəti buraxılışı olub

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kursunun növbəti buraxılışı olub
# 03 mart 2011 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kursunun növbəti buraxılışı olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, fevralın sonunda Rayon (şəhər) üzrə Maliyyə İdarələrinin (şöbələrinin), Xəzinədarlıq İdarələrinin, Naxçıvan MR Maliyyə Nazirliyinin yerli bölmələrinin rəhbərləri üçün «Dövlət büdcəsinin səmərəli idarə olunması» mövzusunda ixtisasartırma kursu təşkil edilib.

Tədris müddətində dinləyicilər qarşısında Nazirliyin aparatının şöbə müdirləri, şöbə müdirlərinin müavinləri «Növbəti il üçün dövlət büdcəsinin və sonrakı üç ilin icmal büdcəsinin, o cümlədən rayon və şəhərlərin gəlir və xərclərinin proqnozunun hazırlanması ilə bağlı qüvvədə olan normativ və hüquqi aktlar, bu sənədlərdə ediləcək əlavə və dəyişikliklər barədə», «Dövlət hakimiyyəti orqanlarının saxlanılması xərclərinin proqnozlaşdırılmasının xüsusiyyətləri», «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi barədə», «Dövlət qulluqçularının etik davranış qaydaları», “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”, «Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi» və digər mövzularda mühazirələr oxuyublar.

Bunlarla yanaşı, dinləyicilər qarşısında Satınalmalar üzrə Dövlət Agentliyindən, Azərbaycan Dövlət İqtisad Universitetindən dəvət edilmiş nümayəndələr tərəfindən müvafiq olaraq, «Azərbaycanda dövlət satınalmalarının təşkili və keçirilməsi», «Dövlət maliyyəsinin idarə olunması üzrə dünya təcrübəsi» və «Müasir menecmentin əsasları» mövzularında mühazirələr də oxunub.

Qeyd edək ki, tədrisi müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR