Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bank sektorunun dəstəklənməsini artırır

Azərbaycan Mərkəzi Bankı bank sektorunun dəstəklənməsini artırır
# 04 mart 2011 07:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenidən maliyyələşdirmə əməliyyatları üzrə məcmu portfel 2011-ci ilin fevralın 1-nə 1 863,7 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, son bir ildə kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin həcmi 550,7 mln. manat və ya 41,9% artıb.

Bu ilin yanvar ayında artım 1,9 mln. manata və ya 0,1%-ə bərabər olub. Beləliklə, AMB tərəfindən bankların maliyyə dəstəklənməsi üzrə artım tempi kəskin azalıb. Belə ki, ötən il ərzində mərkəzləşdirilmiş kreditlər portfelinin orta aylıq artımı 45,5 mln. manata bərabər olub ki, bu da cari ilin yanvar göstəricisindən dəfələrlə çoxdur.

Qeyd edək ki, Mərkəzi Bank yenidən maliyyələşdirmə mexanizmi vasitəsilə bank sisteminə likvidlik dəstəyinin artırılmasına 2009-cu ilin ortalarında maliyyə böhranı ilə bağlı olan likvidlik probleminin aradan qaldırılması məqsədi ilə başlayıb. Nəticədə, yenidən maliyyələşdirmə üzrə portfel 2009-cu il ərzində 5,7 dəfə, 2010-cu ildə isə 41,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR