Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası Bakıda investisiya yarmarkası keçirəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası Bakıda investisiya yarmarkası keçirəcək
# 04 mart 2011 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə bu ilin oktyabrın 4-də Bakıda investorlar üçün yarmarka keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, yarmarkanın keçirilməsi ilə bağlı artıq bütün üzv təşkilatlara məlumat göndərilib: «Yarmarkada yerli maliyyə təşkilatları ilə yanaşı xarici bankların, investisiya təşkilatlarının nümayəndələri də iştirak edəcəklər. Yarmarkanın yüksək səviyyədə təşkili məqsədi ilə bağlı Assosiasiya artıq indidən hazırlıq işlərinə başlayıb».

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR