Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər kəskin azalıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər kəskin azalıb
# 04 mart 2011 09:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci il yanvar ayında 5 459 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayı ilə müqayisədə bu göstərici 5 831 mln. manat və ya 2,1 dəfə azalıb.

Qeyd edək ki, ödənişlərin sayında da kəskin azalma baş verib. Belə ki, 2010-cu il dekabr ayında 38 min ödəniş aparılmışdırsa, yanvar ayında bu göstərici 20 minə düşüb. Yanvarda bir ödənişin ortalama həcmi 273 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 8,1% azdır.

Həcm və sayda azalmanın baş verməsinin səbəbləri arasında mövsümi amillərin rolu böyükdür. Belə ki, ötən ilin yanvarında əvvəlki aya nisbətən AZIPS vasitəsi ilə aparılan əməliyyatların sayında 1,7 dəfəlik, həcmdə isə 2,4 dəfəlik azalma müşahidə olunub. Bununla yanaşı nəzərə alınmalıdır ki, ilin əvvəlində ödənişlərin azalması əsasən əvvəlki ayda ilin sonu olması ilə əlaqədar əməliyyatların aktivləşməsi ilə bağlıdır. Belə ki, ötən ilin dekabr ayında noyabra nisbətən əməliyyatların sayı 1,3 dəfə, həcm isə 1,9 dəfə artıb. Bu da öz növbəsində ilin sonunda əksər icbari ödənişlərin aparılması ilə əlaqəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR