Bank Of Baku

Fevralda Azərbaycanda inflyasiya 2%-dən çox olub

Fevralda Azərbaycanda inflyasiya 2%-dən çox olub
# 04 mart 2011 10:17 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 2,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 4,3% artıb.

Ötən ay ərzaq məhsullarından düyü, manna yarması, makaron və spagetti, qoyun əti, toyuq və toyuq budu, təzə balıq, pendir, xama, yumurta, kərə yağı, bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, şabalıd, kələm, göyərti, çuğundur, kök, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartofun qiyməti bahalaşıb. Eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu əsasən buğda unu, qarabaşaq yarması, çörək, pasterizə olunmuş üzlü südün qiymətlərində qeydə alınıb.

Qış mövsümünün son ayında qeyri-ərzaq mallarından bəzi geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunub. Bundan əlavə pambıq, ipək və yun parçaların, inşaat materiallarından kəsilmiş taxtaların, ağac lifli lövhələrin, vannaların, sementin, yumşaq mebel dəstinin qiymətləri ucuzlaşıb.

Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından boyalar, divar üçün kağızlar, parket üçün lak, pəncərə şüşəsi, ağac yonqar lövhələri, laminat parket, kərpic, mətbəx üçün mebel, yataq üçün mebel dəsti, məişət avadanlıqlarından qızdırıcılar, paltaryuyan maşınların qiymətləri bahalaşıb.

Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, yerli və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində, poçt xidmətləri üzrə bağlama göndərilməsi tariflərində, soyuq su təchizatı və kanalizasiya xidməti tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR