Bank Of Baku

«Paşa Həyat» sığorta şirkəti bu il bazar payını 30%-ə çatdırmaq niyyətindədir

«Paşa Həyat» sığorta şirkəti bu il bazar payını 30%-ə çatdırmaq niyyətindədir
# 04 mart 2011 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkətinin 2011-ci ildə təxminən 10 mln. manat şəcmində sığorta haqqı toplayacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, bu ilin fevralın 14-dən fəaliyyətə başlayan şirkət indiyədək təxminən 35 sığorta müqaviləsi bağlayıb və bu müqavilələr üzrə ümumilikdə 450 min manata yaxın vəsait toplanıb.

«Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti həyat sığortası bazarının bu ilki potensialını 30-40 mln. manat həcmində proqnozlaşdırır. Buna əsasən söyləyə bilərəm ki, «Paşa Həyat» sığorta şirkətinin bazar payının təxminən 30% olacağı gözlənilir», - deyə M.Rüstəmov bildirib.

Şirkət rəhbəri həmçinin qeyd edib ki, bu il şirkət əsas fəaliyyətini həyat sığortası sahəsində əhalinin maarifləndirilməsi istiqamətində quracaq: «Ümid edirik ki, maarifləndirmə proqramlarının həyata keçirilməsi nəticəsində fərdi müştəri bazası 20% artacaq. Yəni, əhali həyat sığortası üzrə məhsulların alınmasında daha maraqlı olacaq. Lakin mövcud vəziyyətdə fərdi müştərilərin həyat sığortası məhsulunu alması çətin bir məsələdir. İnanırıq ki, maarifləndirmə işləri uğurla nəticələnəcək. Bununla yanaşı, şirkət il ərzində sığorta məhsullarını agentlər vasitəsi ilə də satışını davam etdirəcək».

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralın 14-də verilib. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, Təftiş Komissiyasının sədri isə Ülviyyə Cabbarovadır. Martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR