Bank Of Baku

Braziliya özünü dünyanın 5-ci böyük iqtisadiyyatı elan edib

Braziliya özünü dünyanın 5-ci böyük iqtisadiyyatı elan edib
# 04 mart 2011 12:05 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il Braziliyanın ÜDM-i 7,5% artaraq 3,675 trln. reala (2,23 trln. dollara) çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Braziliyanın rəsmi statistika qurumu - Brazilian Institute of Geography and Statistics açıqlama yayıb.

Braziliyanın maliyyə naziri Quido Monteqa bildirib ki, alıcılıq qabiliyyətini və qiymətləri nəzərə aldıqda, Braziliyanın ÜDM-i 3,6 trln. dollar təşkil edir: “Bu isə o deməkdir ki, Braziliya iqtisadiyyatı Fransa və Böyük Britaniyanı qabaqlayaraq dünyada 5-ci yerə çıxıb”.

Qeyd edək ki, ÜDM-in həcminə görə dünya liderliyi ABŞ-a məxsusdur - 14,6 trln. dollar. İkinci yerdə Çin (5,879 trln. dollar), üçüncü yerdə Yaponiya (5,474 trln. dollar) gəlir. Braziliyanı qabaqlayan sonuncu ölkə isə Almaniyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR