Bank Of Baku

«AzSğorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub

«AzSğorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub
# 04 mart 2011 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin təsisçilərinin qərarı ilə şirkətin İdarə Heyətinə yeni sədr təyin edilib. Qərara əsasən, bu vəzifəyə Abbas Babayev təyinat alıb. Bunu «APA-Economics»ə açıqlamasında əvvəllər «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsini icra etmiş Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, yaxın vaxtlarda şirkətin İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə də təyinatların olacağı gözlənilir.

Qeyd edək ki, hazırda İdarə Heyətinin sədr müavini vəzifəsini Aqşin Cahangirov icra edir.

Xatırladaq ki, hazırda «Qala Həyat» sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq şirkətin baş mühasibi Nicat Hüseynov icra edir.

Qeyd edək ki, ötən ilin noyabrında «AzSığorta» şirkətinin menecment heyəti işdən azad edilib. Şirkətin İdarə Heyətinin sədri Əli Hüseynov, İdarə Heyətinin sədr müavinləri Fuad Sadıqov, Aqşin Cahangirov və Sadıq Mansurov tutduğu vəzifələrindən azad edilib.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR