Bank Of Baku

«Fitch Ratings» agentliyi «Access Bank»ın reytinqlərini yeniləyib

«Fitch Ratings» agentliyi «Access Bank»ın reytinqlərini yeniləyib
# 04 mart 2011 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «Access Bank» QSC-nin emitentin uzunmüddətli defolt reytinqini (EDR) «sabit» proqnozla «BB+» səviyyəsində, qısamüddətli reytinqini «B», fərdi reytinqini isə «D» səviyyəsində təsdiqləyib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hər üç reytinq ölkədə fəaliyyət göstərən banklar arasında ən yüksək reytinq hesab olunur.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 26 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR