Bank Of Baku

Avtomobil sürücüləri cərimələri POS-terminal vasitəsilə də ödəyə bilər

Avtomobil sürücüləri cərimələri POS-terminal vasitəsilə də ödəyə bilər
# 04 mart 2011 13:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankı (ABB) və DİN-in Baş Dövlət Yol Polisi İdarəsi DYP postlarında və patrul avtomobillərində POS-terminalların quraşdırılmasına dair qərar qəbul edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu POS-terminallar vasitəsilə qaydaları pozan avtomobil sürücüləri yerindəcə cərimələri ödəyə biləcəklər.

Artıq bu əməkdaşlıq çərçivəsində 20 POS-terminal quraşdırlıb və hələlik 20 manata qədər olan cərimələr qəbul edilir. Lakin yaxın iki həftə ərzində DYP-in bütün post və patrul maşınları POS-terminallarla təchiz olunacaq və bununla bərabər yerində ödənilməsi nəzərdə tutulan bütün cərimələrin terminallar vasitəsilə ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, POS-terminallar iki cərimə qəbzi verəcək ki, bunlardan biri sürücüyə təqdim olunacaq, digəri isə müvafiq inzibati protokola əlavə ediləcək.

«Sürücülər bu yeniliyi, bu sistemin ödəniş prosesinin sadəliyi, vaxta qənaət kimi üstünlükləri müsbət qarşılayıblar. Aydındır ki, cəriməni POS-terminal vasitəsilə yalnız bankın plastik kart sahibi olan sürücülər ödəyə bilər», - deyə ABB-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR