Bank Of Baku

Rusiya prezidenti Federal Sığorta Nəzarəti Xidmətini ləğv edib

Rusiya prezidenti Federal Sığorta Nəzarəti Xidmətini ləğv edib
# 04 mart 2011 14:21 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev Federal Sığorta Nəzarəti Xidmətinin Federal Maliyyə Bazarları Xidmətinə birləşdirilməsi haqqında fərman imzalayıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görən, sənədə əsasən Federal Sığorta Nəzarəti Xidməti ləğv olunur, onun funksiyaları isə Federal Maliyyə Bazarları Xidməti və Mərkəzi bank arasında bölüşdürülür.

Qeyd edək ki, Federal Sığorta Nəzarəti Xidmətinin Federal Maliyyə Bazarları Xidmətinə birləşdirilməsi ideyası Rusiya Maliyyə Nazirliyi tərəfindən irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR