Bank Of Baku

Rusiyadan kapital axını 13 mlrd. dollara çatıb

Rusiyadan kapital axını 13 mlrd. dollara çatıb
# 05 mart 2011 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyadan xalis kapital axını 2011-ci ilin yanvarında 13 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Rusiya Mərkəzi Bankının sədr müavini Aleksey Ulyukayev bəyan edib və əlavə edib ki, fevral ayında da ölkədən xalis kapital axının baş verdiyi istisna olunmur.

Onun sözlərinə görə, bunun əsas səbəbləri arasında Rusiya investorlarının öz vəsaitlərini xarici aktivlərə yönəltməyə meylli olması amili də var.

Xatırladaq ki, 2010-cu ildə Rusiyadan xalis kapital axını 38,3 mlrd. dollara bərabər olub. Sonuncu dəfə ölkəyə xalis kapital axını 2007-ci ildə müşahidə olunub və 81,7 mlrd. dollar təşkil edib. Sonrakı il ölkədən xalis kapital axını 133,9 mlrd. dollar, 2009-cu ildə isə 56,9 mlrd. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR