Bank Of Baku

Çin iqtisadiyyatı 8% artacaq

Çin iqtisadiyyatı 8% artacaq
# 05 mart 2011 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Çin hökuməti 2011-ci ildə iqtisadiyyatın artım tempini 8% səviyyəsində saxlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Çin Dövlət Şurasının baş naziri Ven Tsyabao bəyan edib.

Həmçinin baş nazir bildirib ki, 2011-ci ildə Çin ixracın və idxalın artımına eyni diqqət yetirəcək və hər ikisinin strukturunda dəyişikliklər nəzərdə tutulub. Belə ki, ilk növbədə idxalın strukturunda aparıcı texniki avadanlıqlar, ehtiyat hissələri, enerji daşıyıcıları və xammalın xüsusi çəkisinin artırılması planlaşdırılır.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, Çində ÜDM-in şəcmi 5,879 trln. dollar təşkil edib və ölkə bu göstərici üzrə Yaponiyanı qabaqlayaraq, dünyanın ikinci ən iri iqtisadiyyatı (ABŞ-dan sonra) elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR