Bank Of Baku

«Paşa Həyat» sığorta şirkəti payızda ilk filialını açmaq niyyətindədir

«Paşa Həyat» sığorta şirkəti payızda ilk filialını açmaq niyyətindədir
# 05 mart 2011 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti ilk filialını bu ilin payız aylarında açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, bununla bağlı qərar şirkətin səhmdarlarının növbəti yığıncağında müzakirə edilə bilər. «Ümumiyyətlə bizim planlara görə, filial şəbəkəsini yaratmaq niyyəti 6 aydan sonra müəyyənləşəcək. İlk olaraq filialın Bakı şəhərində açmaq niyyətindəyik. Bütün bu işlərin hamısı qarşıya duran planlardır», - deyə M.Rüstəmov bildirib.

Qeyd edək ki, «Paşa Həyat Sığorta» sığorta şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralın 14-də verilib. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, Təftiş Komissiyasının sədri isə Ülviyyə Cabbarovadır. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat, sığorta yığımlarının həcmi isə 450 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR