Bank Of Baku

Azərbaycanda plastik kartların sayı 6% artıb

Azərbaycanda plastik kartların sayı 6% artıb
# 05 mart 2011 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda kommersiya bankları tərəfindən buraxılmış plastik kartların ümumi sayı 2011-ci ilin fevralın 1-nə 4 247 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin fevralın 1-nə nisbətən 230 min ədəd və ya 5,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar ayı ərzində debet kartları ilə 3 170 min əməliyyat aparılıb, əməliyyatların həcmi 387 mln. manata bərabər olub. Ötən ilin yanvarına nisbətən əməliyyatların sayı 50,6%, əməliyyatların həcmi isə 54,2% artıb. Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 122,1 manat təşkil edib.

Həmin müddət ərzində kredit kartları ilə 226 min əməliyyat aparılıb, əməliyyatların həcmi 58 mln. manat təşkil edib. Bu göstəricilər əvvəlki ilə nisbətən müvafiq olaraq 37,8% və 38,1% çoxdur. Kredit kartları üzrə bir əməliyyatın ortalama həcmi 256,6 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR