Bank Of Baku

Qazaxıstanda qadınların şəxsi xərcləri dövlətin hərbi xərclərini üstələyib

Qazaxıstanda qadınların şəxsi xərcləri dövlətin hərbi xərclərini üstələyib
# 05 mart 2011 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada keçirilən I Qadınlar Qurultayında bəyan edib ki, ölkənin iqtisadiyyat nazirinin məlumatına görə, ölkədəki qadınların fərdi şəxsi xərcləri dövlət hərbi xərclərindən artıqdır. «APA-Economics»in məlumatına görə, 2010-cu ildə Qazaxıstanın hərbi xərcləri 1,152 mlrd. dollar, 2009-cu ildə isə 1,490 mlrd. dollar təşkil edib.

Eyni zamanda N.Nazarbayev vurğulayıb ki, qadınlar ölkənin ÜDM-in 40%-ni formalaşdırır və bu göstərici daim artır. Prezident bildirib ki, Qazaxıstanda qadınların mərkəzi və yerli orqanlarda rəhbər vəzifələrə təyin edilməsi prosesi çox zəif gedir və vəziyyəti dəyişmək üçün hökumətə müvafiq tapşırıqlar verilib.
N.Nazarbayev həmçinin qadınları fevral ayında elan olunmuş «Xalq IPO»larda fəal iştirak etməyə çağırıb. Xatırladaq ki, yaxın üç il ərzində «Kazmunayqaz»ın hasilatla məşğul olan törəmə şirkəti - «KEGOC» - ölkənin dəmir yolları, «Qazpoçt» kimi iri şirkətlərin səhmlərinin açıq kütləvi satışını keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR