Bank Of Baku

«Paşa Həyat» sığorta şirkətinin yeni strategiyası təsdiqlənib

«Paşa Həyat» sığorta şirkətinin yeni strategiyası təsdiqlənib
# 05 mart 2011 12:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkətinin 2011-2013-cü illər üçün strateji planı təsdiq edilib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, strategiyada əsas prioritet sahələr kimi həyat sığortası ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində yeni proqramların işlənib hazırlanması, şirkətin neft və sənaye sektorunda fəaliyyət göstərən müəssisələrlə əməkdaşlığın qurulması və s. nəzərdə tutulub. Bundan başqa, şirkətin işçilərinin bilik səviyyəsinin artırılması, xarici ölkələrdə treninqlərə göndərilməsi də əsas məqsədlərdən biridir.

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralın 14-də verilib. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, Təftiş Komissiyasının sədri isə Ülviyyə Cabbarovadır. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat, sığorta yığımlarının həcmi isə 450 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR