Bank Of Baku

Yanvarda MDB ölkələri üzrə illik orta inflyasiya tempi 9,5% olub

Yanvarda MDB ölkələri üzrə illik orta inflyasiya tempi 9,5% olub
# 05 mart 2011 12:39 (UTC +04:00)
Bakı – APA. Bu ilin yanvar ayında MDB ölkələri üzrə orta inflyasiya tempi illik müqayisədə 9,5%, keçən ilin dekabr ayına nisbətən isə 2% təşkil edib.
APA-nın MDB-nin Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında Rusiyada inflyasiyanın illik tempi 9,6%, dekabra nisbətən isə 2,4% təşkil edib. Ən zəif göstərici Qırğızıstanda qeydə alınıb – illik müqayisədə 20,6%, aylıq - 2,7%. Həmçinin, yüksək inflyasiya tempi Tacikistanda (müvafiq olaraq 11,2% və 1,9%), Ermənistanda (10,6% və 2,8%) və Belarusda (10,6% və 1,4%) müşahidə olunub.
Nisbətən aşağı inflyasiya Azərbaycan (8,3% və 0,8%), Ukrayna (8,2% və 1,0%), Qazaxıstan (8,1% və 1,7%) və Moldovada (6,7% və 1,1%) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR