Bank Of Baku

«Azericard» və «Elnavi» naviqasiya proqramının on-line satışını təşkil edib

«Azericard» və «Elnavi» naviqasiya proqramının on-line satışını təşkil edib
# 05 mart 2011 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azericard» Prosessinq Mərkəzi və «Elnavi» MMC naviqasiya proqramının on-line rejimdə əldə etmək imkanı yarıb.

Prosessinq Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, «Elnavi» mobil xəritəsi Azərbaycan dilində səs funksiyası ilə təmin olunub, Azərbaycanın bütün yol xəritəsini göstərən, mobil telefonlar, smartfonlar və naviqasiya avadanlıqları üçün naviqasiya proqramıdır.

Ödəniş üçün «Visa», «Visa Electron», «MasterCard» və «Maestro» kartları qəbul olunur. Proqram üzrə təhlükəsizlik isə «3D Secure» texnologiyası vasitəsilə təmin edilir.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan «Azericard» Prosessinq Mərkəzi «MasterCard», «Visa» və «American Express» beynəlxalq ödəniş sistemləri tərəfindən tam sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hazırda Mərkəz Azərbaycanda (xaric də daxil olmaqla) 31 bankın 2 mln. bank kartına, 1300 bankomatına və 6000-ə yaxın elektron terminallarına xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR